• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 20.06.2022 20:35

Kardioloqlar Nizami yurdunda bir araya gəldi

KepezTV Player

Gəncədə kardioloqların konfransı keçirilib. Gəncə kardioloqlarının və Kardio Proqress Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə Nizami yurdundan olan təcrübəli və gənc həkimlərlə yanaşı, Azərbaycan Kardiologiya Cəmiyyətinin rəhbərliyi və Bakıdan gələn qonaqlar da iştirak ediblər. Konfransda ürək-damar xəstəliklərinin aktual problemləri ətraflı müzakirə aparılıb, bu istiqamatdə həyata keçirilən elmi araşdırmalardan danışılıb. Tədbirdə bu sahədə ən son yeniliklər, dünyada tətbiq edilən müasir texnologiyalar, yeni müalicə üsulları barəsində söhbət açılıb. Bundan başqa kadiologiyanın bütün sahələri - ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, arterial hipertenziya, ürək cərrahiyyəsi, intervension kardiologiya və digər ürək xəstəlikləri haqda təqdimalar reallaşıb.