• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 19.06.2022 19:31

"Ağasıbəyli" komandası Samux kubokunun qalibi oldu

KepezTV Player

Samux rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən futbol üzrə Samux kubokunun qalibi müəyyənləşib. Ənənəvi olaraq hər il reallaşan və pandemiyaya görə iki illik fasilədən sonra yenidən bərpa edilən bu ilki turnir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərov və Samux şəhidlərinin xatirəsinə həsr olunub. Bələdiyyə komandaları arasında baş tutan kubokun finalında İnstitut qəsəbə komandası ilə Ağasıbəyli üz-üzə gəlib. Kifayət qədər azarkeşin izlədiyi və maraqlı keçən görüşün yekununda 5:3 hesabıyla qalib gələn Ağasıbəyli kollektivi Samux kubokuna sahib çıxıb. Həlledici qarşılmanın ardından rayon rəhbərliyinin, eləcə də idarə və müəssisələrin rəislərinin iştirakı ilə təltifetmə mərasimi gerçəkləşib. Əvvəlcə turnirin ən yaxşı seçilən oyunçuları təltif edilib. Daha sonra gümüş mükafatçı və qalib komandanın üzvlərinı medal və diplom verilib, həmçinin ilk yerin sahibinə kubok təqdim olunub.