• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 19.06.2022 20:05

Respublika Fənn olimpiadalarının final turunun nəticələri

KepezTV Player

Respublika Fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb. Mükafatalayiq yer tutan şagirdlərin içərisində 4 nəfər Gəncə məktəblisi də var.

Ümumilikdə 30 minə yaxın şagirdin qatıldığı olimpiada azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib. Respublika fənn olimpiadasında Gəncə şəhəri üzrə finala çıxan 19 şagirddən 4-ü uğur qazanıb.

9-11-ci və xüsusi istedadlı 8-ci sinif şagirdlərinin iştirak etdiyi olimpiada gərgin mübarizə şəraitində keçib. Biliyinə güvənərək şəhər mərhələsini adlayan və yarım-finalda da uğr qazanan Gəncə məktəbliləri final yarışı barədə fikirlərini bizimlə bölüşüb.

Beynəlxalq və respublika fənn olimpiadalarının daha bir müsbət tərəfi odur ki, bu bilik yarışlarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım göstərmək və onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.