• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 17.06.2022 19:54

Quşçuluq sahəsində kadrlar işlə təmin ediləcək

KepezTV Player

Ölkəmizdə quşçuluq sahəsində savadlı və bacarıqlı baytar həkimlərinə, eləcə də kadrlara ehtiyac böyükdür. Bunu nəzərə alaraq Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Azərbaycan Dövlət Aqarar Universteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə Assosasiyanın tərkibində fəaliyyət göstərən quşçuluq fabriklərində təcrübə keçəcək tələbələr minumim əmək haqqı müqabilində maaş da ala biləcəklər.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyyətinin sədri və üzvləri Azərbaycan Dövlət Aqrar Universtetində olublar. Müəllim və tələbələrlə görüşən qonaqlar ölkəmizdə quş ətinə və yumurta istehsalına dövlətin göstərdiyi diqqətdən danışıb. Quşçuluq sahəsi ilə məşğul olan fermerlərə 120 milyona yaxın  kredit verildiyi diqqətə çatdırılıb. İldə istehsal edilən 150 min tona yaxın quş ətinin 250 min tona çatdırmaq hədəflənib. Quş ətinə tələbatın 85 faizə yaxını yerli istehsal hesabına ödənilir. Son 3 ildə quş əti istehsalının 4 dəfə artdığına diqqət çəkilərək assosiasiyanın bu istiqamətdə ölkə iqtisadiyyatında rolu vurğulanıb.

Assosiasiya ilə ADAU arasında gələcək əməkdaşlıq tələbələr üçün ikiqat faydalı olacaq. Çünki onlar təcrübə keçməklə yanaşı minimum əmək haqqı məbləğində maaş da alacaqlar. Bu baxımdan tələbələr daha həvəslə ixtisaslarına yiyələnirlər.

Görüşün yekunu olaraq Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə ADAU arasında əməkdaşlıq memerondumu imzalanıb, tələbələri maraqlandırılan suallar cavablandırılıb.

 

Elnur Vahidoğlu