• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 17.06.2022 19:20

Prezident qəbullar keçirib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. Söhbət zamanı IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib.

Prezident BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı da qəbul edib. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib.***Dövlət başçısı İsrailin sabiq Baş naziri Ehud Barakı,

Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi də qəbul edib.***Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti isə dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.