• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 26.04.2021 19:33

Yazı simvolizə edən çiçəklər

KepezTV Player

Yazın ətrini ən çox da bahar təravətli güllərdən, çiçəklərdən duyuruq. Qışla hələ tam sağollaşmamış torpağın altından baş qaldıran al-əlvan çiçəklər baharın müjdəçisi hesab edilir. Əməkdaşımız Aişə Rzayeva parkların, bağçaların bəzəyi olan, insanların ruhunu oxşayan çiçəklərdən danışacaq.

Azərbaycan təbiəti florasının zənginliyinə, burada bitən güllərin gözəlliyinə görə seçilir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitkilərin ümumi miqdarının 66%-ni təşkil edir.

Mahilə Şahmuradova - ADAU-nun Biologiya kafedrasının dosenti: Tarixdən bu günə kimi Azərbaycan çox zəngin təbiətə malik olan bir ölkədir və hazırda Azərbaycanda  250 mindən çox çiçəkli bitki növü məlumdur. Və bu çiçəkli bitkilərin demək olar ki, hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

Bu çiçəklər sırasında ən gözəllərindən biri sayılan Qarabağın, xüsusilə də Şuşanın rəmzi olan xarıbülbüldür. Azərbaycan florasının nadir bitkisi Xarı bülbül Qarabağın maddi irsi hesab olunur.

Mahilə Şahmuradova - ADAU-nun Biologiya kafedrasının dosenti: Yaz fəslində açılan çiçəklər, düzdü bu çiçəklərin ömrü qısa olsa da nəinki insanları həm də təbiətin özünü gözələşdirir. İnsanlar bu təbiətdə bitən, ömrü qısa olan bu çiçəkləri bir birinə hədiyyə edirlər. Evlərimizi, parklarımızı bəzəyir təbiətimizi gözəlləşdirir. Və gözəllikdən danışarkən mənim ilk öncə fikrimə hal hazırda Azərbaycanımızda eləcədə dünyada Qarabağın simvolu kimi tanınan Xarıbülbül haqqında demək istəyirəm. Xarıbülbül də yaz vaxtına təsadüf edən, yaz vaxtında bitən bitkilərdəndir.

Yazın gəlişini nümayiş etdirən ən gözəl güllərdən olan novruz gülü və bənövşədir. Bu bitkilər həm də xalq təbabətində istifadə olunur.

Yazın gəlişinə ən çox sevinən təbiətdir. Çünki onun yaratdığı gözəllikləri saymaqla bitməz. Hələ qarşıdan gələn aylarda açacaq güllər bu gözəlliyi daha da rəngarəng edəcək.

Aişə Rzayeva