• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 17.06.2022 19:32

Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

KepezTV Player

Venesuela Azərbaycanla əlaqələrə böyük önəm verir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsini zəruri sayır. Prezidenti İlham Əliyevlə görüşdə ölkəmizdə işgüzar səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro belə deyib. Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxması səbəbindən videokonfrans formatında keçirilən görüşdə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında, OPEC+ formatı çərçivəsində birgə uğurlu fəaliyyətdən danışılıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub. Prezidenti İlham Əliyev Venesuelanın hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini vurğulayıb. Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.