• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 17.06.2022 16:20

Tibb işçiləri mükafatlandırılıb

KepezTV Player

Şəmkirdə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Ölkədə müasir tibb ocaqlarının tikildiyi, əsaslı təmir və bərpa edildiyinə diqqət çəkən natiqlər COVID-19 pandemiyası ilə mübarizədə rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığından danışıblar. Şəmkirdə tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ucqar kəndlərdə əhaliyə göstərilən səhiyyə xidmətin kefiyyətinin yüksəldilməsi mqəsədi ilə nəzərdə tutulan dövlət proqramlarının uğurla icra olunduğu bildirilib.<br>Ötən gün ölkə prezidentinin imzaladığı sərəncamla səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə rayondan olan Sahib Əsgərovun&nbsp;“Əməkdar həkim” fəxri adına layiq görüldüyü vurğulanıb. Səhiyyə işçilərinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, bir qrup səhiyyə işçisi rayon İcra Hakimiyyətinin və Səhhiyyə İşçiləri Həmkarlar İttifaqının Fəxri Fərmanları və hədiyyələri ilə mükafatlandırılıb.