• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 16.06.2022 20:40

"Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı"

KepezTV Player

Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrdə Ermənistanın təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı. Bunu 9-cu Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Bildirib ki,postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınsa da, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi: Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu. Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu.