• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 16.06.2022 11:33

Xarici səyyahların azad olunmuş ərazilərə səfəri başlayıb

KepezTV Player

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb. Səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 dünyaca tanınmış səyyah iştirak edir. Bu gün Xocavənd rayonunda "Azıx mağarası"na baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək. Günün ikinci yarsı isə ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına və Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla başa çatacaq. Ayın 17-də isə Kəlbəcər və Laçın rayonlarına səfər nəzərdə tutulub.