• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 15.06.2022 15:49

Gədəbəyə leysan yağışdan sonra dolu düşüb

KepezTV Player

Gədəbəyə leysan yağışdan sonra dolu düşüb. Bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.*** Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna da dolu yağıb. 10-15 dəqiqə rayon mərkəzinə, Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb. Güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb. İyunun 10-da saat 19 radələrində Daşkəsən rayonu ərazisinə dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və seldən sonra ay ərzində kinci təbiət hadisəsidir.