• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2542
— 15.06.2022 12:00

Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib

KepezTV Player

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Vətən müharibəsi əlillərinə avtomobillər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edib. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin olunub. Hazırda Vətən müharibəsi əlillərinə təqdim edilən 50 avtomobil də daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib.