• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 15.06.2022 12:10

Milli Qurtuluş Günü qeyd edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində də 15 İyun tarixinin əhəmiyyətindən danışılıb. Milli Qurtuluş Gününə həsr olunan tədbirdə rektor İbrahim Cəfərov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifələrindən olduğuna diqqət çəkib. Ulu öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edilib, Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi vurğulanıb. Vətən müharibəsində qazanılan Zəfərin məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin hərbi-siyasi yekunu olduğu vurğulanıb. Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.