• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2441
— 14.06.2022 19:13

“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildlik kitabın təqdimatı olub

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsində akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildlik kitabının təqdimatı olub. Müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının növbəti bəhrəsi olan topluda Azərbaycan iqtisadiyyatı elmi cəhətdən geniş təhlil edilib.Yüzillik dövr ərzində fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə materiallar yer alır. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materiallarına və 1000-dən artıq mənbəyə istinad olunub. Nəşrin ilk 2 cildində XX əsrin birinci yarısında Azərbaycanın inkişaf məsələləri, üçüncü və dördüncü cildlərində  iqtisadiyyatın XX əsrin ikinci yarısından başlıyaraq bu günə kimi inkişafıl işıqlandırılır. Beşinci cilddə isə Qarabağ iqtisadiyyatı 100 ildə məsələlərinə həsr edilib. Oxucular təqdim edilən materialdan kifayət qədər informasiya ala biləcək və ölkə iqtisadiyyatının inkişaf mərhələləri barədə tanış olacaqlar. Beşcildlik ali və orta ixtisas məktəblərinin tələbələri üçün də yaxşı dərs vəsaiti kimi də istifadə edilə bilər.