• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1861
— 14.06.2022 12:26

Uğur qazanan şagirdlər mükafatlandırılıb

KepezTV Player

Gəncədə “Texnofest - Azərbaycan” və digər beynəlxalq müsabiqələrdə uğur qazanan şagirdlərlə görüş olub. “Texnofest – Azərbaycan”, XVII Beynəlxalq Jautika, Beynəlxalq Kimya və Beynəlxalq Mendeleyev olimpiadaları, “Sabahın alimləri” Respublika Müsabiqəsi və İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edərək uğur əldə edən şagirdlərlə görüşdə ölkəmizin gələcəyinin savadlı və bacarıqlı gənclərin əllərində olduğuna diqqət çəkilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təhsilin inkişafına, ixtisaslı kadrların hazırlanmasına dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini önə çəkib. Şəhər rəhbəri şagirdləri əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edib, uğurlar arzulayıb və hədiyyələr təqdim edib.