• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 14.06.2022 12:12

“Son zəng”in sevinci və həyəcanı yaşanıb

KepezTV Player

Son zəng Samux məktəbliləri üçün də duyğulu anlarla yadda qalıb. Rayonda fəaliyyət göstərən 35 məktəbin buraxılış siniflərindən bu il 1308 nəfər məzun olur. Onlardan 469-u 11-ci, 839-u isə 9-cu sinifi bitirir. Təşkil edilən son zəng tədbirlərində dərs ilində qazanılan nailiyyətlərə nəzər yetirilib, müxtəlif müsabiqələrdə və idman yarışlarında nailiyyət əldə edən şagirdlər mükafatlandırılıb. “Son zəng” sevinci, həm də həyəcanını yaşayan məzunlar müəllimlər və valideynləri sevindirəcək xəbərlə - tələbə adını qazanmaqla etimadı doğrultmağa çalışacaqlar. Rayonda təhsilin səviyyəsinin ilbəil yüksəldiyinə diqqət çəkən natiqlər son illərdə 30-dan çox məktəb üçün yeni binalar və əlavə korpusların inşa edildiyinə, əsaslı təmir işlərinin aparıldığına diqqət çəkiblər.