• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 14.06.2022 12:15

"Son zəng" tədbirləri vətənpərvərlik ruhunda təşkil edilib

KepezTV Player

Gəncədə 800 şagirdin təhsil aldığı 10 nömrəli orta məktəbdə təşkil edilən son zəng tədbirində şəhər rəsmiləri, millət vəkili  eləcədə şagird, müəllim və valideyinlər iştirak edib. Təhsil ocağını bu tədris ilində 30 məzun bitirib.

Vətən müharibəsində məzunlarından 3-ü şəhid olan 11 nömrəli orta məktəbi isə 71 şagird bitirir. Şəhid ailələrinin də iştirak etdiyi son zəng tədbirində Qarabağa qovuşduğumuz üçün güclü dövlətimizə və qəhrəman şəhidlərimizə borclu olduğumuz xüsusi ilə qeyd edilib.

8 nömrəli orta məktəbin  67 məzunu isə maraqlı, eləcə də vətənpərvər bir addıma imza atıblar. Şagirdlər vətən müharibəsində şəhid olanların fotalarını əllərində tutaraq xarıbülbülün flaşmobunu yaradıblar.

Gəncənin şəhid olan müəllimlərindən biri Rəşad Məmmədovun uzun müddət dərs keçdiyi 16 nömrəli orta məktəbdə də son zəng tədbiri vətənpərvəlik ruhunda təşkil edilib. Şəhidin anasının da iştirak etdiyi tədbirdə müəlimin əziz xatirəsi kollektiv və məzunlar tərəfindən hörmətlə anılıb.

“Bilik açarı” məzunlar tərəfindən birincilərə təqdim olunduqdan sonra  son zəng çalınıb. Üzlərində sevinc, gözlərində nisgil olan məzunlar 11 il oxuduqları doğma məktəblərindən ayrılırdılar. Bu illər ərzində onlar doğmalaşdıqları sinif yoldaşlarından ayrı düşürdülər. Müstəqil həyata qədəm qoyurdular.

Gəncənin orta məktəblərində son zəng tədbirləri 2 saat davam edib.

 

Elnur Vahidoğlu