• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 13.06.2022 12:20

Modul tipli xəstəxanalarla bağlı TƏBİB-dən açıqlama

KepezTV Player

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. TƏBİB-dən bildirilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. "Bildiyiniz kimi, yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Hazırda Bakı-Abşeron bölgəsi üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli tibb müəssisəsi fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilir.