• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 07.06.2022 20:10

Zəhərlənmələrdən necə qorunaq?

KepezTV Player

Zəhərlənmələr arasında qida zəhərlənmələri daha çoxdur. Qışa nisbətən yaz-yay mövsümündə zəhərlənmə ehtimalı daha böyük olur. Dərman və gübrələrdən istifadə etməklə tez yetişdirilərək bazara çıxarılan xiyar, pomidor, çiyələk kimi meyvə və tərəvəzdə zəhərlənmə ehtimalı böyük olur. İnsanlar bunlardan qorunmaq üçün nələrə diqqət etməlidirlər? sualına sujetdə cavab veriləcək.

Ta qədimlərdən yay-yaz mövsümündə insanlarda, xüsusən də uşaqlar arasında qidadan zəhərlənənlərin sayı çox olub. Zəhərlənmə əsasən fəslin dəyişməsi və mövsümi meyvə-tərəvəzdən istifadə zamanı baş verir. Məhsulların vaxtından əvvəl və kimyəvi vasitələrlə yetişdirilməsi orqanizm üçün olduqca təhlükəlidir.

Meyvə-tərəvəzin insan orqanizminə mənfi təsiri yalnız istehsal zamanı güclü kimyəvi maddələrdən, pestisitlərdən, nitrat tərkibli gübrələrdən çox istifadə olunduğu halda ola bilər. Sevindirici haldır ki, bu mövsüm zəhərlənmələrlə bağlı həkimə müraciətlərin sayı azdır.

Mütəxəsislər deyir ki, bəzi insanların meyvə və tərəvəzi daha yaxşı təmizləməsi üçün sirkədən istifadə etməsi yanlışdır

Həkimlər  uşaqların və yaşlı insanların mövsimi meyvə tərəvəzlərdən istifadə edərkən daha diqqətli olmalarına diqqət yetirməyi məsləhət görür.

 

Aişə Rzayeva