• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 07.06.2022 12:11

Yanan mağaza söndürülüb

KepezTV Player

İyun ayının 6-da səhər saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində şəhər ərazisindəki hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın yandığını görən polis əməkdaşları dərhal aidiyyəti qurumlara xəbər verib və hər hansı bir oğurluq hadisəsinin baş verməməsi üçün müvafiq tədbirlər görüb. Daha sonra polislər içəri daxil olaraq yanğın söndürmə balonunun köməyi ilə yanğının daha geniş sahəyə yayılmasının qarşını alıblar. Qısa zaman ərzində söndürülən yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.