Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılanlar var.
Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaracaəmirli kənd sakini Fəxrəddin Qocayev saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətdəki istixanadan ümumi çəkisi 16 kq yaxın 72 ədəd xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Bölmə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlıbağ kənd sakini Ədalət Hüseynovun da narkotik xassəli çətənə kolları aşkar edilib. Polis əməkdaşları vətəndaşa məxsus yarımçıq tikilidən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş 59 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini çıxararaq qablaşdırıb.
Bölmə əməkdaşları həmin kənddə yaşayan Məmməd Teymurofun da yaşadığı evin həyətyanı sahəsindən 19 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini aşkarlayaraq istintaqa təhvil verilib.Bundan başqa bölmə əməkdaşları rayonun Qaracaəmirli kənd sakini Söhrab Verdiyevi narkotik vasitə istifadə edərkən saxlayıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni özünməxsus fermada gizlətdiyini bildirib. Həmin ünvana baxış keçirilən zaman oradan sellofan torbada 460 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşən Tağıyev də saxlanılıb. Şübhəli şəxsin evindən marixuana, heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 868