Gəncə sakinləri və şəhərə gələn qonaqların əvəzolunmaz istirahət məkanı olan Hacıkənd qəsəbəsində yerləşən “Nizami Gəncəvi: Xələflər və sələflər” parkında abadlıq işlərinə başlanılıb. Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən istirahət guşəsindəki dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli, abidənin qarşısında isə Nizami Gəncəvidən əvvəl və sonra yaşayan digər şair, yazıçı, alim, filosoflar, tarixi və əfsanəvi qəhrəmanların büstləri restavrasiya olunur. Rəngi solmuş, dağılmış büstlər, eləcə də postmentlər əsaslı təmir edilir. Bunun üçün parka İstehsalat Birliyinin Təmir Tikinti və Qəza Xidməti şöbəsinin işçiləri cəlb edilib. İşçilər tərəfindən istirahət guşəsində olan işıq dirəkləri, oturacaqlar, zibil qutuları da yenilənir. Görülən işlərin tez bir zamanda başa çatdırılması nəzərdə tutulur.
Rəşid Kərimov MKTİB-nin Təmir, tikinti və qəza Xidməti şöbəsinin rəisi:Parkda olan büstlərin Azərbaycanın tarixi şəxsiyyətlərin Siti Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndərin, Nizami Gəncəvinin büstlərində tam təmir işlərinə başlamışıq. Büstlərdən artıq iksi hazırdı. İqlim şəraiti nəzərə alınaraq bardürların kənarlarını tam şəkildə bərpa edəcəyik.
- Baxış: 722