• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 02.06.2022 21:54

Qalib polislər mükafatlandırılıblar

KepezTV Player

Qazax rayon Polis Şöbəsində DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi ilə əlaqədar ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrinin iştirak etdiyi çoxnövçülük yarışında yer tutan polis əməkdaşları ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayonun polis şöbəsinin rəisi Sənan Əsədov cümhiriyyətin yaranmasının Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğuna diqqət çəkib. 28 mayın ilk azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya çatdırıldığı, hər bir azərbaycanlının milli qürur hissi duyduğu bir tarix olduğunu bildirib. Belə əlamətdar tarix münasibətilə təşkil edilən yarışın əhəmiyyətini vurğulayıb. İdman mübarizəsində rayon polis şöbəsinin serjantı Elnur Ənsəryev üzgüçülük üzrə birinci yerə çıxıb. Sirac Mansurov isə 1000 metr məsafəyə qaçışda hamını geridə qoyub. Qalib polis əməkdaşları bu münasibətlə təltif ediliblər.