• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2462
— 02.06.2022 11:18

"Şuşada iri həcmli "yaşıl enerji" layihələri üzrə müqavilə imzalanacaq"

KepezTV Player

Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək transformativ proseslər baş verir, Xəzərin enerji tarixində tamamilə fərqli, yeni bir səhifə açılır. Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfrans bildirib ki, iki gün sonra Qarabağın incisi Şuşada iri həcmli "yaşıl enerji" layihələri üzrə yeni müqaviləyə imza atılacaq.Nazir ixrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edərək deyib ki, Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaq.