• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 01.06.2022 19:51

“Öyrən, əylən, peşəni seç” festivalı keçirilib

KepezTV Player

Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub. “Öyrən, əylən, peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda, peşə seçimi etməkdə məlumat, tövsiyə, dəstək göstərilib, gələcək əmək bazarında trendlər və tendensiyalar haqqında müzakirələr aparılıb, gənclərin peşələr üzrə bacarıqların müəyyən etmək imkanları da nəzərdən keçirilib. Şəhərin Heydər Əliyev Meydanında təşkil olunan festivalda bildirilib ki, layihə 10 rayon və şəhəri əhatə edir. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığın, həmçinin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolun yüksək qiymətləndirilib. Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Festivalda ekspertlər təqdim olunan peşə sahələri üzrə təqdimatlar keçirib.