• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 01.06.2022 20:08

Uşaqlar "açıq qapı" gününün sevincini yaşayaıb

KepezTV Player

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə körpələri sevindirmək, onların üzlərində gülüş, təbəssüm yaratmaq üçün nəcib bir addım atılıb. Bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü elan edilib. Qərb bölgəsində Azərbaycanıın ən füsünkar güşələrindən biri olan Göygöl Milli Parkına da giriş pulsuz olub. Əməkdaşımız Elnur Vahidoğlu uşaqlarla təbiət qoynunda olmaq imkanını əldən verməyib.

Üzlərində gülüş, gözlərində sevinc. Hər kəs Kəpəz dağının ətəyində yerləşən, Azərbaycanın incisi sayılan Göygölə üz tuturdu. Valideynlər də uşaqlar tək təbiətin bizə bəxş etdiyi əsrarəngiz gözəlliyə tamaşa etməyə tələsirdi. Dörd bir yanı meşə, yamyaşıl ot, dubduru su. Baxdıqca doymaq olmur bu mənzərədən. Üstəlik havası təmiz və saf. Füsünkar gözəlliyi izləmək və duymaq üçün hər kəs milli parka girişin pulsuz olduğu açıq qapı günündən bəhrələnməyə tələsirdi.

Bu gün təqvimdə ən əlamətdar günlərdən biridir. 1 İyun Uşaqlar Beynəlxalq Müdafiəsi günüdür. Məhz elə bu gün münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün milli parklara giriş pulsuz edilib. Elə Göygöl Milli Parkında da bu əlamətdar gün münasibəti ilə uşaqların, valideyinlərin girişi pulsuzdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ildə 3 dəfə milli parklarda açıq qapı günü elan edilir. Ay ərzində isə Göygöl Milli parkına təxminən 20 minə yaxın xarici və yerli turist üz tutur.

 

Elnur Vahidoğlu