• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 01.06.2022 15:33

Uşaqlara hədiyyələr təqdim olunub

KepezTV Player

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən analoji tədbirdə də “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqlar təbrik edilib, onlara göstərilən diqqət və qayğıdan danışılıb. Rayonda uşaqların normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlərin həyata keçirildiyi vurğulanıb. Eləcə də şəhidlərin və qazilərin övladları, aztəminatlı ailələrdə böyüyən fidanların qayğılarının daim diqqət mərkəzində saxlanıldığı bildirilib, onlara hədiyyələr təqdim edilib. Məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, orta məktəb şagidləri, idmançılar, musiqi məktəbinin yetirmələri bayram tədbirində maraqlı çıxışlarda xoş ovqat yaradıblar. Eləcə də istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.