• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2157
— 01.06.2022 15:52

Atraksionlar uşaqlar üçün ödənişsiz olub

KepezTV Player

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir Şəhər Parkında möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə məktəblilərinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanan ədəbi kompozisiyalar izləyicilərin böyük marağına səbəb olub. Bayram iştirakçıları arasında şəhid və qazi övladları, aztəminatlı ailələrin üzvləri də olub. Bayram tədbirində müxtəlif idman, dekorativ, rəsm və geyim yarışları keçirilib. Məktəbəqədər təhsil müəssisələri və şagirdlərin ifasında maraqlı səhnəciklər də nümayiş olunub. Uşaqlara "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbriklər çatdırılıb, onlara firəvan həyat, bol naliyyətlər və yaradıcılıq uğurları arzulanıb. Rayonun təhsil, mədəni və idman həyatında fərqlənənlərə fəxri fərman təqdim edilib. Şəhərin mərkəzi parkında fəaliyyət göstərən atraksionlar gün ərzində pulsuz olaraq uşaqların ixtiyarında olub.