• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 01.06.2022 15:35

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.2004-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, ölkədə həqiqi hərbi xidmət keçməmiş, hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılırlar.