• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2434
— 31.05.2022 20:38

Aqrar sektor üçün ixtisaslı kadrlar işlə təmin edilir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində məzun yarmarkası keçirilib. in Sayca 14-cü olan tədbirdə 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Tələbələr üçün təqdim olunan iş yerlərinin sayının çoxluğu ölkədə aqrar sahənin inkişafını, dövlət-özəl sektor əməkdaşlınğının bariz nümunəsinin göstəricisidir. Bu il universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb, ali təhsil müəssisəsini isə 1700 məzun bitirib. Hər il ənənəvi olaraq keçirilən məzun yarmarkalarında özünə iş tapan məzunların ölkənin aqrar şirkətlərində aparıcı vəzifələrdə çalışdığı vurğulanıb. Tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür ifadə edilib. Aqrar sahədə təhsilə marağın artdığı, maddi-texniki bazası güclənən universitetin beynəlxalq əlaqələrinin genişləndiyi bildirilib. Tədbirdə məzun olan gənclərin ünvanına təbriklər səsləndirilib, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar kimi gələcək fəaliyyətlərində uğurlar arzulanıb.