• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 31.05.2022 20:35

40-a yaxın medal və "Texnofest"də qazanılan uğur

KepezTV Player

Gəncədəki Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin il ərzində uğur qazanan şagirdləri mükafatlandırılıb. Fənn müsabiqələri və olimpiadaları ilə yanaşı festivallarda da təmsil olunan lisey əldə edilən nəticələrlə öyünə bilər.

Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə il ərzində nailiyyətlər əldə edən şagirdlər təltif edilib. Liseyin təmsilçiləri Respublika fənn müsabiqələri və olimpiadalarında 9-u qızıl olmaqla 35 medal qazanıb. 3 şagird isə müxtəlif fənnlər üzrə xarici ölkələrdə qalib olub. Həmçinin bir neçə gün öncə Bakıda keçirilən Texnofest festivalında liseyin 1 şagirdi komanda iştirakı ilə qızıl medala, komandası isə ikinci yerə layiq görülüb.

Məhsəti Piriyeva şagird:Bu il keçirilən 56-cı Beynəlxalq Mendeleyev olimpiadasında bürünc medal qazandım. Olimpiada Özbəkistanda canlı olaraq təşkil olunmuşdu. Sinqapurun Nanyak, Koreyanın isə Kals universtetinə qəbul olunmuşam. Seçimim Sinqapurun Nanyak universtetidir. Olimpidada qazandığım medalla Azərbaycandakı bütün universtetlərə qəbul ola bilərdim ancaq mən xaricdə təhsil alamağı seçdim.

Rəna Heydərzadə Gəncə FRİTL STEAM-in müəllimi: Biz layihədə ikinci yerə layiq görüldük. Birinci yeri 2 balla itirdik. Ancaq yenə çox xoşbəxtik, texnofest kimi festivalın ikincisi olmaq bizim üçün çox qürurverici və fəxrdir. Orda Selcuk Byaraktarın bizə o medalları təqdim etməyi kubokumuzu almağımız bizim üçün çox böyük qələbə idi. Üzüağ şəkildə şəhərimizə qayıtmağımız isə həqiqətən qürurverici hissdir. Uşaqların həyacanını ifadə edəcək söz tapa bilmirəm.

Eldar Muxtarov şagird: Biz Metavers komandası olaraq Baku Skillisn A kataqoriyyasında iştirak etdik. Bizim layihənin də əsas məqsədi raket və peyikdən ibarət idi. Bunu düzəltməyin əsas səbəbi isə ondan iabrət idi ki, tekmofestin ümumi konsepti ilə üstüstə düşsün.

Nuray Əliyeva şagird: Biz regional komanda idik yəni fərqli rayon və regiondan qoşulmuşuq. Komandanın adı Denfori idi. Bizi birinci yeri, qızıl medal, kubok və pul mükafatı ilə təmin olunmuşuq. Biz sahibsiz küçə itləri üçün yem aparatı düzəltmişik. Müəyyən edilmiş məbləği daxil etdikdən sonramator vastəsi ilə depounun qapağı açılır olan yemək qaba tökülür. Nətiəcədə heyvanlarla insanlar arasında bağı artırmaq və ac heyvanları doydurmaq istədik.

382 şagirdin təhsil aldığı liseydə tədris 9-cu sinifə kimi ümumi qaydada aparılır. 10-cu sinifdən isə şagirdlər fənn təmayüllü siniflərdə təhsillərini davam etdirirlər. Bu tədris ilində ilk dəfə olaraq təhsil ocağını 42 nəfər şagird bitirir.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri: Burada müxtəlif rayonlardan şagirdlər oxuyurlar. Onlar burda qalıb, burada yaşıyırlar. Bu baxımdan hesab ediərm ki, məktəb uğurlu sistem yarada bilib.

Rəşad Qədirov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru: Litseyə qəbul Təhsil Nazirliyi və Təhsil İnistitutu tərəfindən keçirilir. Qəbul üçün şagirdlər elektron olaraq müraciət etməlidirlər. İyun ayının 9-na kimi davam edəcəkdir. Syu.edu.az saytından qeydiyyatdan keçərək imtahanda iştirak etməlidirlər. İmtahanda yüksək nəticə toplayan şagird litseyə qəbul olunur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən müsabiqələrdə, olimpiadalarda və festivallarda qalib gələn şagirdlərə fəxri fərman və hədiyyələr təqdim edilib. Satış xarakterli sərgi ilə tanışlıq olub. Şagirdlərin əl işlərindən yığılan pul Yaşat fonduna köçürüləcək.

Elnur Vahidoğlu