• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 29.05.2022 19:38

Məktəbəqədər təhsil qruplarının hesabatı dinlənilib

KepezTV Player

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində ümumi icmalar üzrə ilk dəfə olaraq Samuxda illik hesabat konserti təşkil edilib. Sərkar kənd tam orta məktəbdə baş tutan, 22 icma mərkəzi və 23 icma qrupunun iştirak etdiyi tədbirdə hər bir icma ayrı-ayrılıqda il ərzində fəaliyyətlərini əks etdirən bacarıqlarla çıxış edib. Hesabat konsertində, eyni zamanda icma əsaslı məktəbəqədər təhsil qruplarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Samux rayonunda icma əsaslı məktəbəqədər müəssisələrdə ümumilikdə 400-ə yaxın azyaşlı tərbiyə olunur. Bu təhsil ocaqlarında uşaqlara nitq mədəniyyəti, nitqin inkişafı, riyazi-məntiqi təfəkkür, ümumi olaraq kiçik matorika bacarıqları öyrədilir.