• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 29.05.2022 20:00

Yuyucu tozların qiyməti kəskin bahalaşıb

KepezTV Player

Son zamanlar Azərbaycanda yuyucu tozların qiymətində kəskin bahalaşma müşahidə edilir. Qəfil və qısa müddətdə müşahidə edilən bu hal alıcılarda da çaşqınlıq yaradıb. Qarşıdakı materialda daha ətraflı.

Gündəlik tələbat malları sırasında yer alan yuyucu tozlar marka adından və çəkisindən asılı olaraq 40 manata qədər alıcılara təklif edilir. Marketlərdə ötən aya qədər 5 kq-lıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27-30 manata qalxıb.

Ailə büdcəsinə təsirsiz ötüşməyə bu hal alıcıları şoka salıb. Satıcıların məlumatına görə, yuyucu tozlarda qiymət artımı pandemiya dönəmində və bu ilin ilk ayları ilə müqsyisədə kəskin şəkildə özünü biruzə verir.

Azərbaycan yuyucu tozları əsasən xaricdən alır. Daxili istehsal hesabına təlabatı ödəmək mümkün olmadığından edilən idxal müqayisədə baha ola bilər. Amma kəskin bahalaşmanın baş verməsi üçün əsas ola bilməz.

Yaranan vəziyyət yerli istehsalın həcmini artırmaq kimi amilin əhəmiyyətini qabardır və artan qiymətlər alıcıları yerli məhsul almağa sövq edəcək. Bu isə yerli istehsalın satış həcminin artırmasına və yerli məhsullara tələbatın yüksəlməsinə gətirib çıxarar.

Aişə Rzayeva