• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 26.05.2022 14:16

Sahibsiz itlər kənd sakinlərinin mal-qarasına hücum edib

KepezTV Player

Tovuzda sahibsiz itlər kənd sakinlərinin mal-qarasına hücum edib. Hadisə gecə saatlarında rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini Zəhra Sadıqovaya məxsus təsərrüfata küçə itləri hücum edib. Nəticədə sahibkara məxsus 4 qoyun tələf olub, 10-a yaxını isə yaralanıb. Təsərrüfat sahibi bildirib ki, vaxtında həyətə çıxmasa, daha çox heyvan itlərin hücumuna məruz qala bilərdi. Ətraf bir neçə kənddə itlərə görə hər kəs dəyənəklə gəzmək məcburiyyətində qalıb. Sakinlər bildiriblər ki, vəziyyət o yerə çatıb ki, artıq özlərini həyətlərində də narahat hiss edirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl bu kənddə sahibsiz itlər bir neçə şəxsə hücum edərək ağır xəsarətlər yetiriblər. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır. Hadisədən sonra kəndin baytar həkimləri tələf olan və yaralı heyvanlara baxış keçiriblər. Yaralılara quduzluq əleyhinə vaksinlər vurulub. Hazırda Tovuzda 2000-ə yaxın itə quduzluq əleyhinə peyvəndlər vurulub. Sahibsiz itlərə gəlincə, Tovuz rayon Baytarlıq idarəsindən bildirilib ki, bu itlərlə də bağlı imkan çərçivəsində peyvəndlənmə aparılacaq. Hazırda sahibsiz itlərə qarşı əlavə mübarizə üsulu olmadığı deyilib.