• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 25.05.2022 15:38

Sərhəd komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək

KepezTV Player

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü Moskvada baş tutacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. O qeyd edib ki, görüş gələn həftə Moskvada keçiriləcək. Mayın 24-də, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.