• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 25.05.2022 11:46

Prezident Estoniya Parlamentinin sədrini qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya səfərinə toxunaraq bu səfərin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğulayıb. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Azərbaycan Prezidenti Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib, Avropa İttifaqı ilə əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini deyib. Estoniya parlamentinin sədri Yuri Ratas iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.