• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 24.05.2022 20:46

Problemi işıqlandırdıq, 60 ailə üçün qaz çəkilir

KepezTV Player

Kəpəz Müstəqil Teleradio Şirkətinin kollektivi olaraq daim tamaşaçılar üçün çalışırıq. Hər zamanda bizi izləyən siz tamaşaçıların yanında olmuşuq. Bu bizim məqsədimiz və amalımızdır. Ötən buraxılışlarımızın birində sakinlərin qaz preoblemini işıqlandırmışdıq. Artıq məsələ həll olunmaq üzrədir.

sakin: Sizin vastənizlə, televizya ilə müraciət edirik ki, bizim qazlar çəkilsin ki, biz normal ailəmizlə birlikdə yaşıyaq.

Gəncənin Azərbaycan küçəsinin qazsız qalan sakinlərinin müraciəti martda ictimailəşdirilmişdi. Mavi yanacaq həsrətini televizyamız vasitəsilə adiyyatı orqanlara çatdıran sakinlərin səsi eşidilib. Adıçəkilən küçənin qaz probleminə "Azərqaz"dan verilən reaksiya sakinləri sevindirməyə bilməz. Aparılan layihələndirmə işlərindən sonra əraziyə mavi yanacağın verilməsi üçün boruların çəkilişinə başlanılıb.

Kamil Qasımov sakin: Dəfələrlə "Azərqaz"a müraciət olundu. Bir müraciət elədim əlimdə sübutlarım da var. Sonra Kəpəz TV-yə bildirdim. Çəkiliş edildi. Göstərdi ki, burada vətəndaşlar əziyyət çəkir. Çəkilişdən sonra Azəriqaz tərəfindən reaksiya verildi. Bizim də qazımız çəkildi, təşəkkür edirəm. Çox sevinirk, mənim də iki övladım var. Qazla bağlı əziyyət çəkməyəcəyik. İşığa da xeyli vəsait gedir və biz çatdıra bilmirik.

Səidə Həsənova  sakin: Azərbaycan küçəsi 97 a ünvanında yeni tikilidə yaşıyıram. Neçə müddət idi ki, qazdan çətinliyimiz var idi. Qışda çətinlik çəkirik. Kəpəz televiziyasına müraciət elədik. Sağ olsunlar gəldilər, çəkdilər. İndi də bizi qazla təmin edirlər. Öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Sevincimizin həddi-hidudu yoxdur. Təşəkkür edirik, sevinirk. Axır ki, evimizdə şəraitli şəkildə yaşıyacağıq.

Sahil Hüseynov  sakin: İki ildən artıqdır ki, burada yaşıyıram, iki qış görmüşəm. Qaz olmadığı üçün işıqdan istifadə eləmişəm. Hər gün 10-12 manat işığın sərfiyatına gedibdir. Kəpəz televiziyasının əməkdaşları, başda rəhbərlik olmaqla sağ olsunlar ki, bizim şikayəti çəkib işıqlandırdılar. Hazırda da çəkirlər, həqiqətən də sevindirici andır, gündür. Bu qışı çox əziyyət çəkdik.

60-a yaxın ailənin qaz sarıdan çəkdiyi əziyyət artıq geridə qalır. Küçəyə çəkilən qaz xəttində işlərin 80 faizə qədəri artıq yekunlaşıb. Qazın təzyiqini tənzimləmək üçün paylayıcı qutular qoyulub. Mayın sonuna kimi boruların çəkilməsi yekunlaşacaq.

Hüseyn Şirinov  Gəncə Regional Qaz İstismarı İdarəsinin rəisi: Ərazi sxemləşdirildi, 324 paqonometr 76 diametr borunun çəkilməsi bildirildi. Bizdə məlumatı rəhbərliyə çatdırdıq. Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi tərəfindən həmin əraziyə materialın verilməsi təmin edildi. İşlərə başlanılıb və bu gün də Azərbaycan 97 a ünvanında işlər yekunlaşır. Burada 60 yaxın ailə qazla təmin olunacaqdır. İşlər şəhərin digər ərazilərində də davam etdirilir. Fürsətdən istifadə edib onu da qeyd edirəm ki, vətəndaşlarımız qazdan istifadə edərkən ehtiyatlı olsunlar və istifadə etdikləri qazın dəyərini ödəsinlər.

Boruların çəkilişi yekunlaşdıqdan  sonra mənzillərə sayğacların quraşdırılmasına başlanılacaq. Bunun üçün abonentlər ASAN xidmət mərkəzinə müraciət edərək dövlət rüsümunu ödəməlidir.

Elnur Vahidoğlu