• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 24.05.2022 20:26

Gəncə Şəhər İcra başçısının vətəndaşlarla səyyar görüşü keçirilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Dövlət Aqrar Universitetində sakinlərlə görüşüb. Bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi “Açıq mikrofon” şəraitində keçirilən görüşdə vətəndaşlar su və çirkab su xəttlərinin çəkilişi, işlə təminat, maddi yardım kimi məsələləri gündəmə gətiriblər. Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Vurğulanıb ki, şəhərdə sözügedən məsələlərlə bağlı yeni layihələr həyata keçirilir. Bir çox müraciətlər yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.