• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 24.05.2022 12:44

Zelenski: "Ukraynaya 1500 raket zərbəsi endirilib"

KepezTV Player

Rusiya müharibə başlayandan Ukraynaya 1500 raket zərbəsi endirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hücumlarda 2 mindən  çox müxtəlif raketdən istifadə edilib. Dövlət başçısı, qeyd edib ki, ruslar indi qüvvələrini Donbasda cəmləyib və orada həyatı məhv etməyə çalışırlar. Zelenski müharibənin növbəti həftələrinin daha çətin olacağını da vurğulayıb.

Volodimir Zelenski Ukrayna Respublikasının Prezidenti: 77 ildir ki, Avropa qitəsində belə müharibə olmayıb. Düşmən mümkün qədər çox ukraynalını məhv etməyə çalışır.Ümumilikdə, fevralın 24-dən Rusiya ordusu Ukraynaya 2275 müxtəlif raketdən istifadə etməklə 1500 zərbə endirib.Çerniqov vilayətinin Desna kəndinə edilən hücumlar nəticəsində 87 nəfər həlak olub.Hansı ölkə bunlara tab gətirə bilər? Hazırda ən çətin vəziyyət Donbasda yaşanır. İşğalçılar Baxmut, Popasnaya, Severodonetsk istiqamətlərində fəallaşıblar. Onlar sözügedən ərazilərdə bütün canlıları məhv etməyə çalışırlar.Müharibənin qarşıdakı həftələri daha mürəkkəb olacaq. Bunu bilirik, lakin döyüşməkdən başqa çarəmiz yoxdur.Torpağımızı və xalqımızı azad etmək üçün bunu etməliyik.