• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 23.05.2022 19:39

Ceyhun Bayramov və Lavrov Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.