• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 23.05.2022 12:14

Din xadimləri erməni terrorunun izləri ilə tanış olublar

KepezTV Player

Gürcüstanın müsəlman din xadimləri Gəncədə səfərdədir. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan səfər zamanı Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri Gəncədə erməni cinayətinin izləri ilə tanış olublar. Din xadimləri şəhərdə Vətən müharibəsi zamanı Ermənistan ordusunun raket atığı ərazilərə baş çəkiblər. Şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Din xadimlərinə ermənilər tərəfindən Gəncəyə atılan raketlər nəticəsində baş verən müharibə cinayəti ilə bağlı məlumatlar verilib. Qonaqlar Gəncədən öncə Ağdam, Füzuli və Şuşada olublar.