• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 23.05.2022 11:01

İntellektual Klubların Gənclər Liqasında növbəti turu baş tutub

KepezTV Player

Gənclər Fondunun dəstəyi ilə keçirilən İntellektual Klubların Gənclər Liqasının Gəncədəki komandaları arasında 3-cu tur oynanılıb. Yarış Heydər Əliyev Mərkəzində reallaşıb. Ölkənin ən böyük intellektual yarışının Nizami yurdunda baş tutan oyunlarında 13 komanda mübarizə aparır. 16-29 yaş aralığındakı məktəbli və tələbə gənclərin qatıldığı liqada komandalar verilən suallara doğru cavab verərək 4-cü, yəni sonuncu tur üçün mövqelərini yaxşılaşdırmağa çalışıblar. Ümumilikdə respublikanın 57 şəhər və rayonunda keçirilən İntellektual Klubların Gənclər Liqasında 5000-dən çox gənc və 700-dən artıq komanda qüvvəsini sınayır. Yekunda ən çox xal toplayan komandalar daha sonra zona üzrə biliklərini yoxlayacaqlar, burada isə ən yaxşı nəticə göstərən kollektivlər 11-12 iyun tarixlərində Bakıda böyük final mərhələsində mübarizə aparacaqlar.