• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 23.05.2022 11:17

Hamiləlikdə dişlər müalicə oluna bilərmi?

KepezTV Player

Əhali arasında “Hər hamiləlik diş aparır”, “Hamilə ikən diş həkiminə getməzlər”, “Körpə ananın dişlərindən kalsium alır” kimi yanlış məlumatlara inananlar kifayət qədərdir. Mütəxəsisilər bununla razılaşmayaraq əksinə xarab olan dişlərin törətdiyi fəsdlara diqqət çəkir. Dişdə çürüyün əmələ gəlməsi, onun inkişaf etməsi, diş əti problemlərinin yaranması hamiləlik dövrünün çox həssas yanaşma tələb edən amilləri sırasındadır.

Hamiləlik dövründə yaranan təbii səbəblərdən asılı olaraq dişlərdəki bakteriya və daşların artması ümaşhidə olunur. Nəticədə dişlərdə qızarma, şişmə və qanaxma görülə bilən problemlərdəndir. Bu dönəmdə həkimə getməkdən çəkinən pasientlər irəliləyən dövürlərdə daha ciddi problemlərlə üzləşə bilərlər.

Mütəxəsislər deyir ki, bəzi hallar istisna olmaqla əksər hallarda pasientə müdaxilə edilir. Bunun üçün münasib vaxt isə hamiləliyin 3-6 ayıdır.

Pasientlərin hamiləliyi planlaşdırmadan öncə stomotoloji müayinədən keçməsi daha məqsədəuyğundur.

Həkimlər tövsiyyə edir ki, hamiləlik dövründə qadınlar qidalanmalarına xüsusi diqqət göstərməlidir. Kalsium və fostorlu qidalara üstünlük verməli, A,B və C vitaminləri qəbul etməlidir.