• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 23.05.2022 11:22

İcrası Qarabağda reallaşacaq layihələr işlənilir

KepezTV Player

Rusiya müharibəsi səbəbindən Azərbaycana təxliyə olunanlarla yanaşı, savaşdan öncə ölkəmizə gəlib geri dönə bilməyənlər də az deyil. Onlar arasında memar və mühəndis kimi çalışan Gəncədən olan Şahin Mehdizadə də var. O, burada olduğu müddətdə Qarabağda icrası nəzərdə tutulan bir sıra layihələr üzərində işləyib. Daha ətraflı qarşıdakı süjetdə

Gəncədən olan Şahin Mehdizadə Qarabağ zəfərindən sonra Azərbaycana gələrək işğaldan azad olunan ərazilərimizdə memar olaraq çalışmaq istəyir. Kiyev Dövlət İnşaat və Memarlıq Universitetinin məzunu olan müsahibimin Qarabağda özünəməxsus memarlıq üslübundə bir neçə layihə həyata keçirmək niyyəti var. Bunlardan biri məscid inşası ilə bağlıdır.

Ukrayna vətəndaşı olan həmvətənlimiz ölkəmizə gəlməmişdən əvvəl Ukraynada bir çox dövlət və yaşayış binalarının, eyni zamanda obyektlərin memarı və mühəndisi olub.  

15 il mühəndis və 9 ildir memar kimi fəaliyyət göstərən Şahin Mehdizadə indi Qarabağ üçün planladığı proyektləri tezliklə həyata keçirməyi arzulayır.