• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 21.05.2022 18:14

Türk mətbəxi həftəsinin açılışı olub

KepezTV Player

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən türk mətbəxi həftəsinin açılışı keçirilib. Türkiyənin Gəncədəki baş konsulluğunun birgə əməkdaşlığı ilə keçirilən tədbir türk mətbəxinin tanıdılması məqsədi daşıyır. Mayın 27-dək davam edəcək həftə çərçivəsində, həmçinin “Türk mətbəxi” kitabının da təqdimatı olub. Türk mətbəxinin ləziz nemətlərinin bir yerə toplandığı kitab Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ərsəyə gəlib. Tədbirdə Türkiyədə ən çox bişirilən yeməklər haqqında məlumat verilib, qidalanma mədəniyyətinin insan həyatında önəmindən danışılıb. Türkiyənin fərqli bölgələrində ərsəyə gələn təamlarının qədim yazılarda, hətta Nizami Gəncəvinin əsərlərində də adı çəkildiyi söylənilib, İslam mədəniyyəti ilə qarşılıqlı əlaqəsindən söz açılıb. Qonaqlar türk mətbəxinə daxil olan İstanbul menyusunun müxtəlif təamlarından dadıblar.