• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 21.05.2022 16:08

Şəhər əhalisinin yarıdan çoxu qadınlardır

KepezTV Player

Gəncə şəhərinin demoqrafik vəziyyəti açıqlanıb. Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ərazisi 125 kv.km-i əhatə edən Gəncə şəhərinin əhalisinin sayı 2022-ci ilin yanvar-mart ayları ərzində 87 nəfər artaraq aprelin 1-i vəziyyətinə 335 min 881 nəfər olub. Əhalinin 48,8 faizi kişilərdən, 52,2 faizi isə qadınlardan ibarətdir. 2022-ci ilin yanvar-mart aylarında şəhərdə 724 körpə doğulub, 693 ölüm halı qeydə alınıb. Hesabat dövründə qeydiyyat şöbələri tərəfindən 399 nikaha daxilolma və 142 boşanma halının qeydiyyatı aparılıb. Bu müddətdə daimi yaşamaq üçün Gəncəyə 129 nəfər gəlib, şəhərdən 73 nəfər gedib.