• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2196
— 21.05.2022 16:19

III ixtisas qrupu üzrə 1454 abutiriyent qəbul imtahanı verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan 17 şəhər və rayonda, o cümlədən Gəncədə baş tutub. Nizami yurdunda keçirilən proses 6 binada reallaşıb. Gedişatı 6 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri və  143 nəfər zal nəzarətçi izləyib. Keçirilən qəbul imtahanında 1454 abutiriyent iştirak edib. Qəbul imrahanı Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunan qaydalara uyğun keçirilib.