• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 21.05.2022 11:55

Aqroturizm mövzusunda konfrans keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində “İşğaldan azad olunan ərazilərdə turizm potensialı və gələcək perspektivlər” adlı konfrans keçirilib. Konfransda ADAU-nun və Gəncədə fəaliyyət göstərən digər ali təhsil məktəblərinin bakalavr və magistr tələbələrinin müxtəlif mövzularda məruzələri dinlənilib. Çıxış edənlər həm Azərbaycan, həm ingilis, həm də rus dilində hazırladıqları tezisləri təqdim ediblər. Əsasən məruzələr aqroturizm sahəsində formalaşan mühit, infrastruktur, proqnozlar, gələcəkdə bu sahədə görüləcək işlər, eyni zamanda Ağıllı kənd konsepsiyası haqda olub. Konfransda aqrar sahədə baş verən dəyişiklərin azad olunan ərazilərdə tətbiq ilə bağlı fikirlər də müzakirə edilib.