• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 20.05.2022 19:43

Baş konsul Gəncədən Rizeyə hava reysinin açılmasının tərəfdarıdır

KepezTV Player

“Mən də  Gəncədən Rizeyə hava reysinin olmasını dəstəkləyirəm. Ümumiyyətlə, Rizeyə yox, Türkiyənin hava limanı olan bütün bölgələrinə belə bir uçuşların olmasını arzu edirəm”. Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürkün sözlərinə görə, belə bir reyslərin olması Gəncənin də iqtisadi durumunun və bölgənin turizminin inkişafı üçün dəstək olar. “Ancaq hava şirkətləri bunun özlərinə uyğun olub-olmamasını da hesablamalıdırlar. Qara Dəniz bölgəsinə də uçuşlar olsa yaxşı olardı” - deyən baş konsul Gəncədən İstanbula həftədə 4 dəfə uçüşların reallaşdığını sözlərinə əlavə edib.