• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 20.05.2022 12:03

“Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsi və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib. Şuşanın xalqımız üçün əziz, müqəddəs bir məkan olduğu və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulanıb. Milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşanın tarixən malik olduğu şöhrətinin özünə qaytarılmasına, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edən tədbirlərdən söz açılıb. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə Şuşa haqqında çəkilən film nümayiş olunub.